Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, finala vəsiqə uğrunda yarış fevralın 12-də başlayacaq.

Mərhələnin ilk matçları məhz iki gün sonra oynanılacaq. Əvvəlcə saat 19:30-da “Zirə” “Aznur”u sınağa çəkəcək. Saat 21:00-da isə “Birbaşa Bakı” ilə “Qalaksi” meydana çıxacaq.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest