Misli Premyer Liqasının XXII turunda “Sabah”la keçirilən oyun “Turan Tovuz”un narazılığına səbəb olub. Matc.az xəbər verir ki, Tovuz klubu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Onlar qarşılaşmadakı hakim qərarlarından etirazlarını bildiriblər: “Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.

Qeyd edək ki, oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest