Ölkə çempionatının son sıralarında yer alan həmin komanda Kaşuku mövsümün sonunda transfer etmək şərti ilə 6 aylıq icarəyə götürmək fikrindədi.

“Qarabağ”da “yarpaq tökümü” davam edə bilər. Matc.az xəbər verir ki, indi də Aleksey Kaşuk xarici klubun diqqət mərkəzinə düşüb.

Ukrayna mətbuatının iddiasına görə, 24 yaşlı yarımmüdafiəçi İspaniyadan təklif alıb. Adı açıqlanmayan La Liqa klubunun heyətini onunla gücləndirmək istədiyi bildirilib. Mövsümün əvvəlindən vingerin oyunlarını izləyən skautlar onun komandanı gücləndirəcəyi qənaətindədilər.

Ölkə çempionatının son sıralarında yer alan həmin komanda Kaşuku mövsümün sonunda transfer etmək şərti ilə 6 aylıq icarəyə götürmək fikrindədi.

Qeyd edək ki, mövsümün əvvəlində “Qarabağ”a keçən Aleksey Kaşuk ağdamlılarla 3 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest