10 Fevral 2025, 11:15
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski cari mövsüm La Liqada qol sayını 19-a çatdırıb. Matc.az xəbər verir ki, polşalı forvard son olaraq XXIII turda “Sevilya” ilə oyunda fərqlənib.
Bununla ulduz futbolçu kataloniyalıların sabiq kapitanı Lionel Messinin göstəricisini təkrarlayıb. Belə ki, La Liqada sonuncu dəfə 23 turda 19 qol səddinə 2019-20 mövsümündə argentinalı superulduz çatmışdı.
Qeyd edək ki, “Barselona” “Sevilya”nı səfərdə 4:1 hesabı ilə məğlub edib.