İngiltərə Kubokunun 1/16 final mərhələsində “Tottenhem”lə qarşılaşan “Aston Villa” 2:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Matc.az xəbər verir ki, Birmingem klubu bununla 10 illik həsrətə son qoyub.

Premyer Liqa təmsilçisi 2015-ci ildən bəri ilk dəfə ölkə kubokunda 1/8 finala vəsiqə əldə edib. “Aston Villa” sonuncu dəfə 2014-15 mövsümündə 1/8 final üzü görmüşdü. Komanda həmin vaxt finala qədər irəliləsə də, həlledici matçda “Arsenal”a məğlub olmuşdu.

Qeyd edək ki, İngiltərə Kubokunu ən çox “Arsenal” qazanıb - 14 dəfə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest