“Barselona” baş məşqçi Hansi Flikin rəhbərliyi altında daha bir böyükhesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, Kataloniya klubu son olaraq La Liqanın XXIII turunda səfərdə “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib.
Bu, “Barsa”nın cari mövsüm bütün turnirlərdə keçirdiyi 36 matçda 17-ci böyükhesablı qələbəsi olub. Komanda ümumi qol sayını isə 113-ə çatdırıb.
Maraqlıdı ki, “Barselona” ötən mövsüm Xavinin rəhbərliyi altında ümumilikdə 53 görüşdə 110 dəfə fərqlənmişdi.
Qeyd edək ki, “Barselona” bu mövsüm iki dəfə “Real”ı (4:0, 5:2) və “Valensiya”nı (7:1, 5:0), həmçinin “Valyadolid” (7:0), “Jirona” (4:1), “Vilyarreal” (5:1), “Yanq Boyz” (5:0), “Alaves” (3:0), “Sevilya” (5:1, 4:1), “Bavariya” (4:1), “Srvena Zvezda” (5:2), “Brest” (3:0), “Malyorka” (5:1), “Barbastro” (4:0) və “Betis”i (5:1) böyük hesabla məğlub edib.