10 Fevral 2025, 12:50
FUTBOL
Fransa Liqa 1-də yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada PSJ-nin vingeri Usman Dembele layiq görülüb.
O, yanvardakı yüksək performansı sayəsində ən yaxşı seçilib. Dembele yanvarda keçirdiyi 4 oyunda 8 qola imza atıb.
Bu, 27 yaşlı futbolçunun karyerasında ikinci belə mükafatdı. O, daha əvvəl 2016-cı ildə “Renn”də çıxış edərkən Fransada ayın oyunçusu seçilmişdi.
Qeyd edək ki, 2023-cü ildən PSJ-nin formasını geyinən Usman Dembelenin müqavilə müddəti 2028-ci ilə qədərdi.