“Neftçi” yeni transferi Bassala Sambunun keçidi üçün “Enosis Neon Paralimni”yə təzminat ödəyib. Matc.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi Kipr klubuna yüksək məbləğdə ödəniş edib. Konkret məbləğ açıqlanmasa da, bunun üçrəqəmli olduğu qeyd olunub.

Qeyd edək ki, 27 yaşlı hücumçu “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest