10 Fevral 2025, 13:48
FUTBOL
“Santyaqo Bernabeu” “Real”a ildə 300 milyon avrodan çox gəlir gətirir. Matc.az xəbər verir ki, 2023-24 mövsümündə bu arena Madrid təmsilçisinə ümumilikdə 307 milyon avro qazandırıb.
Bu məbləğə oyun günlərindəki gəlirlər, həmçinin ekskursiya və digər tədbirlərdən gələn pul daxildi. “Kral klubu” orta hesabla hər ev matçına görə 10 milyon avro qazanır. Ötən mövsüm “Real” “Santyaqo Bernabeu”da 25 oyun keçirib və ümumi gəliri 248 milyon avro təşkil edib.
Qeyd edək ki, “Santyaqo Bernabeu”nun 2024-25 mövsümünün sonuna kimi “Real”a 354 milyon avro qazandırması gözlənilir ki, bu, klubun ümumi gözlənilən gəlirinin 29 faizini təşkil edir. Ümumi qazancın isə 1,127 milyard avro olması proqnozlaşdırılır.