"Qalatasaray" hücumçusu Mauro İkardi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, Superliqada iştirak ərizəsinə daxil etməməyi qərara alıb.

"Lans"dan Pşemislav Frankovskini heyətinə qatmaq üzrə olan “Qalatasaray” Superliqada əcnəbi futbolçu limiti ilə əlaqədar problem yaşamamaq üçün İkardini sifariş ərizəsinə daxil etməmək qərarına gəlib.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən İkardinin yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest