10 Fevral 2025, 18:28
FUTBOL
"Qalatasaray" Fransanın "Lens" klubunun polşalı müdafiəçisi Przemyslav Frankovskini transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, satın alma opsiyası ilə icarəyə götürülən 29 yaşlı futbolçunun axşam saatlarında İstanbulda olacağı gözlənilir.
Qeyd edək ki, "sarı-qırmızılılar" qış transfer dövründə "Eyüpspor"un futbolçusu Əhməd Kutucu, ispaniyalı forvard Alvaro Morata, qabonlu yarımmüdafiəçi Mario Lemina və kolumbiyalı müdafiəçi Karlos Kuesta ilə müqavilə imzalayıb.