"Qarabağ"ın Misli Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək "Səbail" ilə oyunun biletləri bu gün saat 18:00-dan etibarən satışdadır.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest