10 Fevral 2025, 20:31
FUTBOL
Kolumbiyada regional turnirdə fırtına zamanı ildırım vurması nəticəsində ağacın altına sığınan dördü qadın futbolçu olmaqla beş nəfər həlak olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" nəşri paylaşıb.
Ötən gün Kolumbiyanın mərkəzi Kajibio şəhəri yaxınlığında baş verən dəhşətli hadisədə daha iki qadın ciddi yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.