12 Fevral 2025, 14:57
FUTBOL
"Neftçi"yə 1500 manat cərimə kəsilib.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda “Neftçi” klubu da cərimələnib.
Buna “ağ-qaralar”ın azarkeşlərinin Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Nəticədə "Neftçi"yə 1500 manat cərimə kəsilib.
Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” - “Zirə” görüşündə qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat məbləğində cərimələniblər.
“Səbail” - “Qarabağ” qarşılaşması başa çatdıqdan sonra meydana kənar şhəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimələniblər.