XIII turun “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununda yaşanan xoşagəlməz hallar da hüquqi qiymətini tapıb.
AFFA İntizam Komitəsinin iclasında I Liqanın son turunda baş verən neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, XIII turun “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununda yaşanan xoşagəlməz hallar da hüquqi qiymətini tapıb.
75-ci dəqiqədə “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan” isə 400 manat cərimə edilib.
Görüşün 76-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan”a isə 300 manat cərimə kəsilib.