İntizam Komitəsinin iclasında AFFA-nın aşağı yaş qrupları üzrə liqalarında baş verən neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
AFFA U-17 Liqasında keçirilən VƏTƏN-Neftçi PFK oyununun 69-cu dəqiqəsində Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov Neftçi PFK-nın baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
Görüşdə təhlükəsizlik təmin edilmədiyinə görə VƏTƏN komandası müstəsna hal olaraq 500 manat cərimə edilib.
Matçın 69-cu dəqiqəsində Neftçi PFK-nın komanda rəsmisi Rəşad Hüseynov Masallı PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyunluq cəzalandırılıb.
Qarşılaşmada baş verən insidentlə bağlı VƏTƏN və Neftçi PFK rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.