2024-cü ilin yayında “Zirə” ilə yolları ayrılan Dimitrios Çantakias növbəti dəfə komandasını dəyişib. Matc.az xəbər verir ki, yunan müdafiəçi “Panserraikos”dan "Lamia”ya keçib.

Razılaşmaya əsasən, 30 yaşlı futbolçu bu ilin yayınadək yeni komandasında çıxış edəcək. Məlumat Superliqa təmsilçisinin rəsmi saytında yayılıb.

Qeyd edək ki, 2020-2024-cü illərdə "Zirə"nin formasını geyinmiş Çantakias Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunan futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest