12 Fevral 2025, 16:36
FUTBOL
“Liverpul”un sabiq müdafiəçisi Cimmi Karrager “Mançester Siti” haqda danışıb. Matc.az xəbər verir ki, o, “şəhərlilər”in qapıçısı Edersonun Çempionlar Liqasında “Real”la matçdakı çıxışını dəyərləndirib.
Karrager “Mançester Siti”yə yeni qolkiper lazım olduğunu dilə gətirib: “Son vaxtlar Edersonun oyunu komandaya nəticə bahasına başa gəlir. Başa düşürəm ki, “Mançester Siti” onun köməyi ilə Premyer Liqanı və Çempionlar Liqasını qazanıb. Lakin bu faktdı ki, Ederson artıq həmin səviyyədə deyil. Buna görə də, “Mançester Siti”yə səslənirəm: yeni qapıçı alın”.
Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a 2:3 hesabı ilə uduzub.