12 Fevral 2025, 17:07
FUTBOL
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Qollara 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev imza atıb.
Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində mübarizə aparacaq.