Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş mükafata layiq görülüb. Matc.az xəbər verir ki, millimizin çalışdırıcısına Yunanıstanda xüsusi mükafat təqdim edilib.

Belə ki, təcrübəli mütəxəssis yunanların "Əfsanə" mükafatını alıb. Ona mükafatı Yunanıstan yığmasının sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.

Santuş bu ölkədə AEK, "Panatinaikos" və PAOK klublarını, son olaraq isə Yunanıstan millisini çalışdırıb. O, AEK-ə ölkə kubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest