Serbiya millisinin və "Fənərbaxça"nın sağ cinah müdafiəçisi Oqnyen Mimoviç FİFA qaydalarına görə Sankt-Peterburqun "Zenit" klubuna icarə əsasında keçə bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "Yeni Akit Gazetesi" məlumat yayıb.
FİFA qaydalarına əsasən, klublara eyni vaxtda 6-dan çox futbolçunu xaricə icarəyə göndərməyə icazə verilmir. "Fənərbaxça" artıq bu kvotanı istifadə edib və Mimoviçin transferinin reallaşması üçün İstanbul klubu futbolçularından birini geri qaytarmalıdır.
"Fənərbaxça" bu səbəblə qış transfer dövründə Aleksandr Djika və Cengiz Ünderi də icarəyə verə bilməyib.
Qeyd edək ki, Mimoviç "Fənərbaxça"ya 2025-ci ilin yanvarında "Srvena Zvezda"dan 6,7 milyon avroya keçib. Bu mövsüm sağ cinah müdafiəçisi bütün turnirlərdə 19 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 4 milyon avrodur.