"Barselona" Robert Levandovskininin müqaviləsinin müddətini uzatmaq barədə qərar qəbul edib.

Matc.az xəbər verir ki, polşalı forvardın 2026-cı ilin yayında başa çatmalı olan sözləşməsi daha 1 il artırılacaq. Artıq bu barədə 36 yaşlı hücumçu ilə razılıq əldə olunub.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 31 qol və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest