Düşünürəm ki, penaltini yerinə yetirən ilə qapıçının şansı arasında uçurum var. Orta hesabla, penaltilərin 75%-i qolla nəticələnir.
FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina "penalti vuranla ilə qapıçı arasında uçurum" olduğunu bildirərək, penalti qaydalarına dəyişiklik etməyi təklif edib.
Matc.az xəbər verir ki, futbol tarixinin ən yaxşı hakimlərindən hesab edilən Kollina bu barədə "La Repubblica" nəşrinə açıqlama verib:
"Düşünürəm ki, penaltini yerinə yetirən ilə qapıçının şansı arasında uçurum var. Orta hesabla, penaltilərin 75%-i qolla nəticələnir. Həmçinin, topun qapıçıdan geri qayıtma ehtimalı da var.
Bunun bir həlli, əlavə vaxtdan sonra penaltilər seriyasında olduğu kimi "tək vuruş" qaydasıdır. Qapıçıdan qayıdan topa təkrar zərbə yoxdur. Ya qol olur, ya da oyun qapıdan zərbə ilə davam edir".