İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınmış bir oyun gerçəkləşib. Matc.az xəbər verir ki, “Everton” öz meydanında lider “Liverpul” ilə qarşılaşıb.

4 qolun vurulduğu Liverpul derbisində 2:2 hesablı heç-heçə qeydə alınıb. “Liverpul” hesabda üstün olduğu matçın 90+8-ci dəqiqəsində qol buraxaraq qələbəni əldən verib.

Qeyd edək ki, “Liverpul” 57 xalla lider olduğu halda, “Everton” 27 xalla 15-cı sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest