13 Fevral 2025, 09:55
FUTBOL
Çempionlar Liqasının pley-off mərhələsinin son oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin mövqeyi dəyişməyib.
Azərbaycan hazırda 19,625 xalla 28-ci pillədə qərarlaşıb. Ölkəmiz üçün cari mövsümün qazancı 2,875-ə bərabərdi. “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 reytinq xalı əldə edib.
Qeyd edək ki, siyahıda liderlik 106,624 xalı İngiltərəyə məxsusdu.