13 Fevral 2025, 10:23
FUTBOL
“Mançester Siti” heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola rəhbərliklə söhbətində komandasının hücum xəttinin gücləndirilməsini vacib saydığını bildirib.
Qvardiolanın ixtiyarında görmək istədiyi futbolçu isə “Bayer”in və Almaniya yığmasının üzvü Florian Virtsdi. 21 yaşlı yarımmüdafiəçinin Leverkuzen təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Virtsin transfer dəyəri 140 milyon avrodu.