13 Fevral 2025, 10:40
FUTBOL
Yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri yekunlaşıb. Matc.az xəbər verir ki, bu barədə məlumat qurumun mətbuat xidməti tərəfindən yayılıb.
Yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Testin nəticəsinə uyğun olaraq, süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.