“Milan”ın futbolçusu Kristian Pulişiç klubu ilə yeni sözləşməyə qol çəkəcək. Matc.az xəbər verir ki, amerikalı oyunçunun performansı klub rəhbərliyinin ürəyincədi.

Buna görə də “rossonyerlər” daha yaxşı şərtlərlə Pulişiçin sazişinin müddətini uzatmaq niyyətindədi. Tərəflər arasında müqavilənin bağlanmasına bir addım qalıb. Pulişiçİn anlaşmasının müddəti 2029-cu ilin ortalarına qədər uzadılacaq və onun maaşı ildə təxminən 5 milyon avro olacaq.

Qeyd edək ki, Pulişiç cari mövsümdə “Milan”da 31 oyunda 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest