13 Fevral 2025, 11:32
FUTBOL
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı II Bundesliqanın XXI turunda "Maqdeburq"u məğlub etdikləri (4:3) matçda həmyerlimizə şans verməməsinin səbəbini açıqlayıb.
"Şənbə günü Mahir üçün asan olmadığı üçün onunla yenidən söhbət etdim. Emreliyə ehtiyacım var və bunu onadəfələrlə demişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini anlamalıdı. 50 beynəlxalq matçda iştirak edib. Bu mənada, bunun onu narahat etməməsi yanlış reaksiya olardı", - deyə Kloze vurğulayıb.
Qeyd edək ki, Mahir Emrelinin komandasını dəyişəcəyi və karyerasını Cənubi Koreyada davam etdirəcəyi haqda xəbər yayılıb.