Toplantıda Əvəzedicilər liqasının XXII turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Toplantıda Əvəzedicilər liqasının XXII turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.
“Şamaxı-2” – “Sumqayıt-2” oyununun matçöncəsi iclasında “Şamaxı-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib. Görüşdə xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyununda topdaşıyanlar olmadığına görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.
“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.