“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello açıqlama verib. Matc.az xəbər verir ki, təcrüəbli mütəxəssis “rossonyerlər”in Çempionlar Liqasında pley-off mərhələsinin oyunları çərçivəsində “Feyenoord”a məğlubiyyətini şərh edib.

Kapellonun fikrincə, yenilgiyə səbəb “Milan”ın yarımmüdafiə xəttinin zəif çıxışıdı: “Yarımmüdafiə xəttinin zəif çıxışına görə “Milan” tez-tez əks-hücum fürsətini qaçırırdı. Məni ən çox təəccübləndirən topun nə qədər yavaş hərəkət etməsi oldu. “Milan”ın yarımmüdafiəçiləri meydanda gec qərar verirdilər. Təkcə Rafael Leaonu istisna edirəm. O, komandanın hücumlarını canlandırmağa çalışırdı”.

Qeyd edək ki, “Milan” “Feyenoord”a 0:1 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest