17 Fevral 2025, 10:15
FUTBOL
Gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçına çıxıb.
Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la görüşü (3:0) “Zirə”nin legioneri Davit Volkov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, bu barədə məlumat Peşəkar Futbol Liqası tərəfindən yayılıb.
Gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçına çıxıb. 29 yaşlı forvard bu oyunlarda 34 dəfə rəqib qapılarına yol tapıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matçda iştirak edib.
Volkon qəsəbə klubunun heyətində 2020-ci il fevralın 1-də “Sabah”la qarşılaşmada (2:0) debüt edib.