20 Fevral 2025, 09:56
FUTBOL
Millimizin hücumçusu Renat Dadaşov “Ankaragücü” klubundan ayrılıb. Matc.az xəbər verir ki, Türkiyənin klubu 25 yaşlı futbolçu ilə sözləşməni ləğv edib.
Renatın Ankara təmsilçisi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub rəhbərliyi bir müddət öncə əsas komandadan uzaqlaşdırılan hücumçu ilə yolları ayırmağı məqsədəuyğun sayıb. Bununla da Renat azad agent statusuna yiyələnib.
Qeyd edək ki, Dadaşov “Ankaragücü”nün Türkiyə I liqasında 15 oyunda 2 qola imza atıb.