20 Fevral 2025, 10:49
FUTBOL
U-17 yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyun keçirəcək. Matc.az xəbər verir ki, millimiz yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamladığı üçün bu görüşə çıxmaq hüququ qazanıb.
U-17 A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə üz-üzə gələcək.
Fevralın 21-də reallaşacaq görüş Bakı vaxtı ilə saat 15:40-da başlayacaq.