"Feyenoord" klubu antirekorda imza atıb. Matc.az xəbər verir ki, bu, Çempionlar Liqasının pley-off mərhələsində "Milan"la qarşılaşmada qeydə alınıb.

Görüşün 1-ci dəqiqəsində “rossonyerlər”in futbolçusu Santyaqo Ximenes qol vurub. Bu, “Feyenoord”un buvaxtadək beynəlxalq turnirlərdə buraxdığı ən erkən qol kimi tarixə düşüb.

Qeyd edək ki, "Feyenoord" iki oyunun nəticəsinə görə "Milan"dan üstün olaraq (1:0, 1:1) adını turnirin 1/8 final mərhələsinə yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest