20 Fevral 2025, 11:30
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında mübarizəni dayandırmaqları haqda danışıb. Matc.az xəbər verir ki, ispan çalışdırıcı “Real”ın hər iki oyunda daha üstün çıxış etdiyini və layiqli qələbə qazandığını bildirib.
“İlk qolu pis müdafiə olunduğumuza görə buraxdıq. Sonra vəziyyət daha da çətinləşdi. “Real”ı təbrik edirəm. Güclü komanda qalib gəldi. “Real”ın əsas gücü oyunçularının dinamikliyi və bacarığıdı. Düşünürəm ki, onlar bu mövsüm daha mükəmməl oldular”, - deyə Qvardiola bildirib.
Pep məğlubiyyətlərə baxmayaraq, vəzifəsini tərk etmək niyyətində olmadığını əlavə edib.