20 Fevral 2025, 13:20
FUTBOL
Futzal üzrə Azərbaycan yığmasının AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstanla keçirəcək matçın hakimləri bəlli olub. Matc.az xəbər verir ki, görüşə Bolqarıstandan olan hakimlər briqadası təyinat alıb.
Afinada baş tutacaq oyunda ədalət təmsilçiləri Trayan Ençev, Kaloyan Kirilov və İvan İvanov olacaq.
Oyunun hakim-inspektoru funksiyasını isə Sven Eiçler (Almaniya) icra edəcək.