20 Fevral 2025, 13:51
FUTBOL
“Milan”ın Çempionlar Liqasının pley-off mərhələsində “Feyenoord”a uduzaraq (0:1; 1:1) turnirdə mübarizəni dayandırması rezonans doğurub. Matc.az xəbər verir ki, “rossonyerlər”in niderlandlı sabiq hücumçusu Marko van Basten də bu görüşə biganə qalmayıb.
O, keçmiş komandasını mübarizədən kənarlaşdıran həmyerlilərini tərifləyib.
Van Basten “Feyenoord”un növbəti mərhələyə adlamağa layiq olduğunu dilə gətirib: “Bu, ümumilikdə Niderland futbolu üçün xüsusi andı. Nəticənin ədalətli olduğunu düşünürəm. Çünki “Milan” zəif təsir bağışladı. “Feyenoord” “Milan”a problem yaratmağı bacardı və nəticədə istəyinə çatdı”.