20 Fevral 2025, 14:25
FUTBOL
Kilian Mbappe “Real”ın heyətində debüt mövsümündə Çempionlar Liqasında vurulan qolların sayına görə rekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, fransız forvard 2009-10 mövsümündə Kriştiano Ronaldonun və 1961-62 mövsümündə Justo Tejadanın göstəricisinə çatıb. Mbappe ilk mövsümündə 7 qol vurmaqla bunu reallaşdırıb.
Qeyd edək ki, “Real”ın Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub etdiyi cavab görüşündə Kilian Mbappe het-trikə imza atıb.