20 Fevral 2025, 14:49
FUTBOL
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan futbolunun tarixinə düşüb. Matc.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində “Brest”lə görüşdə qol vuraraq bunu reallaşdırıb.
Belə ki, Xviça ÇL-in pley-offunda fərqlənən ilk gürcü olub. Matçda digər qolları Bredli Barkola, Qonçalo Ramos, Vitinya, Desire Douai, Senni Mayulu və Nuno Mendeş vurub.
Qeyd edək ki, PSJ “Brest”i 3:0 və 7:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.