“Atalanta”nın hücumçusu Ademola Lukman yayda komandanı tərk etmək istəyir. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

“Atalanta” rəhbərliyinin münaqişəli vəziyyəti həll etmək məqsədilə danışıqlar aparması planlaşdırılır. Lakin mövcud məlumata görə, bu, Lukmanın qərarına təsir etməyəcək.

Qeyd edək ki, Lukman Çempionlar Liqasının pley-off mərhələsinin “Brügge” ilə cavab oyununda (1:3) penaltini qaçırıb. Matçdan sonra Berqamo klubunun baş məşqçisi Can Pyero Qasperini nigeriyalının gördüyü ən pis penalti oyunçularından biri olduğunu deyib. Lukman daha sonra instaqram səhifəsində çalışdırıcının tənqidlərinə cavab verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest