“Yuventus”un baş məşqçisi Tiaqo Mottanın postu laxlayıb. Matc.az xəbər verir ki, komandanın nəticələri mövsümün sonuna kimi rəhbərliyin nəzarəti altında olacaq.

“Qoca sinyora”nın Çempionlar Liqasında 1/8 finalına yüksəlməməsi böyük uğursuzluq hesab olunub. Çünki pley-off səddi keçilsəydi, klub 11 milyon avrodan çox qazanc götürəcəkdi.

Bundan əvvəl isə “Yuve” Superkubokun yarımfinalında “Milan”a uduzaraq finala adlaya bilməmişdi. Komanda İtaliya Kuboku uğrunda mübarizəni davam etdirir və A Seriyasında turnir cədvəlinin 4-cü pilləsindədi.

Motta postunda qalmaq üçün komandanın növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanması əsas tələbdi. Bununla yanaşı, bir titul qazanmaq da onun qarşısına məqsəd qoyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest