20 Fevral 2025, 18:30
FUTBOL
Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib. O, turnirin pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyununda (3:1) het-trik edib.
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Mbappe turnirin pley-off mərhələsinin "Mançester Siti" ilə cavab oyununda (3:1) het-trik edib.
Qeyd edək ki, 26 yaşlı fransız forvard cari mövsüm Çempionlar Liqasında 10 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.