Bu yay "Mançester Siti"nin rəhbərliyi və baş məşqçisi Xosep Qvardiola bir neçə yaşlı futbolçunu sataraq komandanı yenidən formalaşdırmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçilər Kevin De Bruyne, Bernardo Silva, İlkay Gündoğan, Mateo Kovaçiç, müdafiəçi Con Stounz, qapıçı Ederson, həmçinin sentyabrda 30 yaşı tamam olan cinah yarımmüdafiəçisi Cek Qrilişin cari mövsümün sonunda Mançester klubunu tərk edəcəyi gözlənilir.

Qvardiolanın komandaya bu qış gələn yeni futbolçular - Niko Qonzales, Abdukodir Xusanov, Ömər Marmuş və Vitor Reysə daha çox şans vermək niyyətində olduğu vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest