Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat paylaşıb.

28 yaşlı yarımmüdafiəçi "Los-Anceles" klubu ilə anlaşıb.

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-a yollanıb.

Qeyd edək ki, Cengiz Ündər "Fənərbaxça"ya 2023-cü ilin avqust ayında Fransanın "Marsel" klubundan keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest