21 Fevral 2025, 00:35
FUTBOL
"Real" "Everton"un 22 yaşlı mərkəz müdafiəçisi Carred Brantveyti yaxından izləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" paylaşıb.
Bildirilir ki, Madrid klubu ingilis futbolçunu yay "transfer pəncərəsi"ndə mümkün hədəf kimi nəzərdən keçirir. Brantveytin tansferi "Real"a 75 milyon funta (90 milyon avro) başa gələ biləcəyi vurğulanır.
Qeyd edək ki, B Brantveyt bu mövsüm bütün yarışlarda 21 oyuna çıxıb, bir məhsuldar ötürmə edib. 22 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 42 milyon avrodur.