Yerli fanatlar irqçi şüarlar da səsləndiriblər. Nəticədə qarşılaşma 6-cı dəqiqədə dayandırılıb və futbolçular paltardəyişmə otağına yollanıblar. Ancaq qısa müddətdən sonra oyun bərpa edilib.

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları çərçivəsində keçirilən "Anderlext" - "Fənərbağça" oyununda (2:2) qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, buna belçikalı azarkeşlərin türkiyəli fanatlara hücum etməsi səbəb olub.

Bundan əlavə, yerli fanatlar irqçi şüarlar da səsləndiriblər. Nəticədə qarşılaşma 6-cı dəqiqədə dayandırılıb və futbolçular paltardəyişmə otağına yollanıblar. Ancaq qısa müddətdən sonra oyun bərpa edilib.

Bu komandaların ilk görüşündə 3:0 hesablı qələbə qazanan "Fənərbağça" iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə vəsiqə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest