“Çelsi” rəhbərliyi komandanın hücum xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, londolular 3 futbolçu ilə yaxından maraqlanırlar.

Bunlar Viktor Gyokereş, Benjamin Şesko və Liam Delapdı. Əsas namizəd “Sportinq”in formasını geyinən Gyokereşdi. Artıq tərəflər arasında danışıqlara start verilib.

Gyokereşin keçidi alınmasa, onda ingilislər “Leyptsiq”dən Şeşkonu və ya “İpsviç”dən Delapı transfer etməyə çalışacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest