“Barselona”nın futbolçusu Lamin Yamal Lionel Messi ilə müqayisə edilməsi barədə danışıb. Matc.az xəbər verir ki, o, düz yolda olduğunu bildirib.

“Açığı, özüm olmağa çalışıram. Təbii ki, Messi mənim üçün tarixin ən yaxşı futbolçusudu. Onunla müqayisə olunmaq düzgün istiqamətdə olduğumu göstərir. Lakin mən öz yolumla getməyə çalışıram”, - deyə Lamal qeyd edib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilədək “Barselona”nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest