21 Fevral 2025, 11:49
FUTBOL
“Bavariya” rəhbərliyi komandanın futbolçusu Dayot Upamekano ilə yeni müqavilə bağlayacaq. Matc.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə danışıqlar müsbət nəticələnmək üzrədi.
Tərəflərin bütün detallarda razılaşdığı bildirilir. Sadəcə, yeni sazişin müddəti hələ dəqiqləşməyib. Böyük ehtimalla, Upamekanonun yeni müqaviləsinin müddəti 2030-cu ilədək nəzərdə tutulacaq.
Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək.